2) Bu günün bayram kimi qeyd edilməsi üçün təşəbbüskar rolunda çıxş edən Klara Setkinin əsl adı Eysnerdir və əslən yəhudidir. Və onun haqqında olan məlumatlar göstərir ki, Eysner (Setkin) əxlaqdan uzaq həyat tərzinə malik olub (Bu barədə sadə internet istifadəçisi özü üçün araşdırma apara bilər.)
3) 1910-cu ilin 8 mart tarixi yəhudilərin Purim bayramı günü ilə üst-üstə düşür və yəhudi təqvimi ilə 14-15 Adar günlərinə təsadüf edən Purim bayramı milad təqvimi ilə yerini dəyişir.
4) Purim bayramı yəhudilərdə qadın ağlı və millətin özünümüdafiə haqlarının simvolizə olunduğu gündür və bu bayramda ayıq olmaq qadağandır – Purimdə hamı sərxoş olmalıdır (özü də yaxşını pisdən seçməyəcək dərəcədə).
Niyə qadın ağlı? Çünki yəhudi tarixinə görə, Esfir adlı əxlaqsız bir yəhudi qadını Əhəməni hökmdarı Kserksin arvadı olub, yəhudi mənşəli olduğunu məharətlə gizlədib. Və onun kişiləri yoldan çıxartmaqda böyük məharəti olub. Məhz buna görə də Kserksin sarayına onu məqsədli şəkildə göndəriblər və yəhudilərin heç də yaxşı olmayan günləri onun göstərəcəyi “məharət”dən asılı olub. Esfir hökmdarın ona olan “sevgi”sindən istifadə edərək, yəhudilərə iqtidar gətirib, düşmənləri kütləvi qırğına məruz qoydurub. Buna görə də Purim bayramı yəhudilərdə qadın ağlının simvolizə olunduğu gündür. Əslən yəhudi olan Klara Eysner də (Setkin) məhz bu günə görə 1910-cu ildə 8 martın beynəlxalq qadınlar günü elan edilməsini təklif edir.
İndi isə nəticələri sıralamaq vaxtıdır. Əvvəlcədən qeyd edim ki, “Biz nə üçün qadınlar gününü 8 martla məhdudlaşdırırıq?” kimi arqumentin də tərəfdarı deyiləm. Çünki nə çox belə bayramlar ki, biz onları əziz tutur və məhz xüsusi günlərdə qeyd edirik. Və bu da həmin dəyərin gününün olması anlamına gəlmir. Amma mənim iradım budur ki, qadınlar günü məhz 8 martda keçirilməlilidirmi? Ümumiyyətlə, insanın öz doğmalarını Esfir adlı mənəviyyatsız bir qadının adı ilə bağlı bir gündə təbrik etməsi nə dərəcə uyğundur?
Yazı müəllifi: Azər Nəsirov
İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası
«Dəyərlər» Dini Jurnalistika Məktəbinin dinləyicisi
da, ibadətim də, həyatım və ölümüm də aləmlərin Rəbbi Allah üçündür! (enam-162)